Dramaturq, prozaik, tərcüməçi.

Təxəllüsləri: memus, Kokar Bakselaza.

1971-ci ildə Şəki şəhərində anadan olub.

Yaradıcılığa 1993-cü ildə müxtəlif qəzetlər üçün məqalə və esselər yazmaqla başlayıb.

İlk səhnə əsəri "Şəngül Şüngül Məngül" 1995-ci ildə "Pantomim" teatr studiyasında ( indiki Dövlət Pantomim Teatrı ) rejissor Bəxtiyar Xanızadə tərəfindən səhnəyə qoyulub.

1998-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Televiziya rejissoru" fakultəsinə qəbul olunub.

1999-cu ilin aprelindən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2003-cü ildə "Kağız" hekayəsi ilə "I Proza N" müsabiqəsinin qalibi və mükafatçısı olub.

2005-ci ildə Polşada,

2008-ci ildə Almaniyada,

2009-cu ildə İsveçrədə teatr qastrollarında olub.